Yuxarı

Şövkət Mirziyayev Azərbaycanda sevilir – İlham Əliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şövkət Mirziyayev Azərbaycanda sevilir – İlham Əliyev

Prezident Şövkət Mirziyayev Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib.

Axar.az xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Qardaşım Prezident Şövkət Mirziyayevin müdrik rəhbərliyi altında Özbəkistan inkişaf və yaradıcılıq yolu ilə inamla irəliləyir. Özbəkistan Prezidentinin beynəlxalq nüfuzu, effektiv iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirilən genişmiqyaslı layihələri Özbəkistanı regionda lider mövqeyə yüksəldib, Özbəkistan dünyanın aparıcı idman ölkələri arasındadır. Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi. Şövkət Mirziyayev təkcə müdrik dövlət xadimi deyil, həm də Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr vermiş bir insandır. O, konkret hərəkətlərinə və xalqımıza qarşı isti münasibətinə görə Azərbaycanda sevilir və hörmət edilir. Uzaqgörən siyasətçi olan Şövkət Mirziyayev Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın şəkildə görür. Bir daha hörmətli Şövkət Mirziyayev, hər şeyə görə çox sağ olun”, - Azərbaycan Prezidenti vurğulayıb.

Tarix
2025.11.16 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla