Yuxarı

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İshaq Hersoqla görüşü olub.

Axar.az xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi. Prezident İshaq Hersoq Azərbaycanın 2026–2028-ci illərdə də bu quruma sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirdi və bundan məmnunluğunu ifadə etdi.

İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı Azərbaycanın sədrliyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sədr ölkə kimi AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərə, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.

Tarix
2026.10.14 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla