Yuxarı

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

20:55

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə görüşüb.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərini məmnunluqla xatırladı.

Bu xüsusda səfər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində strateji tərəfdaşlığımızın və müttəfiqliyiliyimizin daha da inkişaf etdirilməsi imkanları müzakirə olundu.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Prezident Şövkət Mirziyayev ölkəmizin inkişafının və tərəqqisinin qardaş özbək xalqını sevindirdiyini vurğuladı.

Özbəkistan Prezidenti Azərbaycanın AQEM-ə uğurlu sədrliyi və bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bütün bunları ölkəmizin nüfuzunun göstəricisi kimi qiymətləndiyini dedi.

Söhbət zamanı bütün sahələrdə səmərəli əlaqələr məmnunluqla qeyd edildi, ilin əvvəlindən ticarət dövriyyəsinin artdığı vurğulandı.

Energetika, qarşılıqlı sərmayələr, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya, turizm və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi bildirildi, mədəni və humanitar mübadilələrin əhəmiyyəti qeyd edildi.

Dövlət başçıları beynəlxalq və regional gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi apardılar.

Tarix
2026.10.14 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla