Yuxarı

Zelenski istənilən atəşkəsə hazırdır - ABŞ-a müraciət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski istənilən atəşkəsə hazırdır - ABŞ-a müraciət

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Endi Börnhemlə söhbətində Ukraynanın “atəşkəsin istənilən variantına” hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

“Starlink” və kəşfiyyat məlumatları ilə bağlı məsələləri müzakirə etmək istəyirəm”, – deyə prezident əlavə edib.

Prezident qeyd edib ki, Ukrayna kütləvi hücumlarla üzləşir və təəssüf ki, müəyyən çətinliklər yaranır.

Zelenski ABŞ-ı nəzərdə tutaraq, Ukraynanın tərəfdaşlarından belə “sürprizlər” gözləmədiyini də vurğulayıb.

“Problem ondadır ki, tərəfdaşlıq çərçivəsində heç gözləmədiyin müxtəlif sürprizlər ortaya çıxır. Biz isə ABŞ-la tərəfdaşlığa ümid edirik. Sadəcə, mümkün qədər dürüst və açıq olmaq, eyni zamanda etibarlı tərəfdaş olaraq qalmaq istəyirik”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın zərbələri ilə bağlı ABŞ-ın Ukraynanı 2 gün ardıcıl məlumatlandırmadığı, buna görə də hava sirenlərinin işə düşmədiyi və nəticədə mülki insanların ölümünün artdığı bildirilir. Eyni zamanda “Starlink”in xidmətlərinin məhdudlaşdırılması səbəbindən Ukrayna hücum PUA-ları Rusiyaya zərbə endirə bilmir.

Tarix
2026.10.15 / 09:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla