Yuxarı

Alim Qasımov etiraz etdi: Bunun nəyinə baxım?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Qasımov etiraz etdi: Bunun nəyinə baxım?

Xalq artisti Alim Qasımov IX “Muğam” Televiziya Müsabiqəsinin finalında yaşanan qalmaqala münasibət bildirib.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə sənətçi "Daha aydın" layihəsində danışıb.

A.Qasımov niyə münsif kimi iştirak etməməsinə aydınlıq gətirib:

"Münsif olmağımla bağlı təkliflər var. Lakin xasiyyətimlə bağlı istəmirəm orada uşaqların xətrinə dəyim və ya münsiflər məndən incisinlər. Sonra özümü danlayıram ki, bu sənə lazım idi?. Orada özümdən asılı olmayaraq düz və ya əyrini deməliyəm. O da uşağın atası, əmisi deyəcək ki, yekə kişisən, onu niyə pərt etdin? Bunların dərdindən "ac qarnım, dinc başım". Bu elə bir şeydir ki... Yaxşı ki, tarixin dayısı yoxdur. Mən sağ olanda dayılıq edə bilərəm ki, düşüm tarixə. Amma öləndən sonra tarix dəniz kimi təmizləyib artıqları sahilə atacaq. Tarix var-dövlət, rüşvətlə əmələ gəlmir. Bu sənəti seçmək də olar, müsabiqədə qalib gəlmək də mümkündür, amma nə olsun? İstedad varsa, müsabiqəsiz də bu sənətdə olacaq. İstedad elə bir şeydir ki, Allahdan gəlir. Onun qarşısını heç kəs kəsə bilməz".

Alim Qasımov müsabiqədə həmkarlarının iştirakçılara verdiyi xalları səmimi qəbul etmədiyini vurğulayıb:

"Həmin müsabiqəyə ciddi baxmıram. Seçimlərdə ədalətsizliyin olması ilə bağlı heç nə deyə bilmərəm. Çünki heç baxmıram, qarışmıram da. Çünki ürəklə etmirlər. Biri 9 xal verir, hamı da eyni. Bunun nəyinə baxım? Biri 3, o biri 5, digəri 10 verməlidir. Mübahisəli nəsə olanda deməli orada həqiqət var. Hərənin öz fikri olmalıdır. Orada münsiflər bir-birinə hörmət edirlər".

Qeyd edək ki, sözügedən müsabiqənin iştirakçılarından olan Kənan Novruzov yarışmada haqsızlığa uğradığını iddia edib. O, bu il finalda təqdim olunan diplomdan imtina edib.

Tarix
2025.11.16 / 11:17
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla