Yuxarı

Putin yazıçını cəzalandırmaq istəyib: Romanında nə yazıb?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin yazıçını cəzalandırmaq istəyib: Romanında nə yazıb?

Rusiya Prezidenti Vladimir Putin yazıçı Aleksandr Proxanovun qalmaqallı “Lemner” romanını oxuyub və kitab onun xoşuna gəlməyib.

Kult.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbəyə istinadla məlumat yayıb.

“Romanda Vladimir Vladimiroviçin təriflədiyi bəzi hissələr var. Məsələn, o, romandakı xainin - məşhur Priqojinin (“Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri) prototipinin ölümünü bəyənib. Amma ümumilikdə yazıçının prezidenti təsvir etmə tərzi iyrəncdir. Və xəyanətə yaxındır. Üstəlik, Proxanov nədənsə Puşkini lağa qoyub, belə bir şey ola bilərmi?”, - mənbə bildirib.

Onun sözlərinə görə, Putin başqalarının da bir daha belə iyrənc şeylər yazmaması üçün Proxanovu daha sərt şəkildə cəzalandırmaq istəyib:

“Lakin ətrafındakılar Putini yazıçıya toxunmamağa razı sala biliblər. Onlar deyiblər ki, Proxanovun 87 yaşı var, qocalıb və tezliklə öləcək. Vladimir Vladimiroviç də hələlik Proxanovu rahat buraxmağa razı olub. Amma şəxsən mən onun cəza ideyasına qayıtmayacağına əmin deyiləm”.

Tarix
2025.11.13 / 15:44
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev dövründə ən böyük amnistiya aktları...

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

Prezident qurultay iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla