Yuxarı

Naxçıvan teatrı Bakıya gəldi, bu tamaşa üçün…

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan teatrı Bakıya gəldi, bu tamaşa üçün…

Fevralın 24-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı paytaxt tamaşaçıları qarşısında uğurla çıxış edib. Tamaşa xalq yazıçısı Kamal Abdullanın “Kim dedi ki, simurq quşu var imiş” əsəri əsasında hazırlanmış “Simurq quşu” səhnə işi ilə təqdim olunub.

Kult.az xəbər verir ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Akademik Rus Dram Teatrının təşkilati dəstəyi ilə ərsəyə gəlib. Naxçıvan teatrının Bakı səfərinin baş sponsoru Babək SİRAB ASC olub.

Tamaşada əsas rolları əməkdar artistlər Səməd Canbaxşiyev, Günay Qurbanova, xalq artisti Şirzad Abutalıbov, əməkdar artist Behruz Haxverdiyev, aktyorlar Əlizamin Abbasov, Anar Eyvazov, Zakir Fətəliyev, Şəbnəm Qaybalıyeva, Uğur Nəsirli, Xəlil Hüseynov və Ələsgər Quliyev canlandırıblar.

Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assistenti isə Leyla Yaqubova olub.

Tamaşanın sonunda əsərin müəllifi, xalq yazıçısı Kamal Abdulla aktyor və yaradıcı heyəti təbrik edib, tamaşanın yüksək bədii-estetik məziyyətlərini vurğulayıb, kollektivə gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Tarix
2026.02.25 / 23:20
Müəllif
Kult.az
Digər xəbərlər

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla