Yuxarı

Xalq şairinin 80 illiyinə həsr olunmuş müsabiqə elan edildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq şairinin 80 illiyinə həsr olunmuş müsabiqə elan edildi

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş "Türkün sarsılmaz ruhu" şeir müsabiqəsi elan edilib.

Kult.az xəbər verir ki, “Söz körpüsü” layihəsi çərçivəsində, Yunus Əmrə İnstitutu və “Mücrü” nəşriyyatının təşkilati dəstəyi ilə tələbələr arasında elan edilən şeir müsabiqəsi "Türkçülük-vətənpərvərlik" mövzusunu əhatə edir.

Layihənin keçirilməsində məqsəd tələbələr arasında türkçülük ideyalarını, milli ruhu və vətənpərvərlik duyğularını ədəbiyyat vasitəsilə təbliğ etmək, eyni zamanda xalq şairi Sabir Rüstəmxanlının zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaqdır.

İştirak şərtləri aşağıdakı kimidir:

Müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edə bilər;

Hər iştirakçı müsabiqəyə yalnız bir şeir təqdim edə bilər.

Mövzular:

Türkçülük və Azərbaycançılıq;

Vətən və Turan idealları;

Texniki tələblər:

Şeir orijinal olmalı və əvvəllər heç bir yerdə (sosial şəbəkələr daxil olmaqla) dərc edilməməlidir;

Əsərlər Azərbaycan dilində təqdim olunmalıdır;

Mətnlə birlikdə müəllifin adı, soyadı və təhsil aldığı müəssisə qeyd edilməlidir.

Plagiat halları qəti qadağandır və aşkarlandığı təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaqdır.

Qəbul qaydası:

Şeirlər [email protected] e-poçt ünvanına göndərilməlidir;

Məktubun "Mövzu" (Subject) hissəsində “Türkün sarsılmaz ruhu” yazılmalıdır;

Son müraciət tarixi: 10 aprel 2026-cı il.

Mükafatlandırma:

I, II və III yerin qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq;

Seçilmiş ən yaxşı şeirlər Sabir Rüstəmxanlının yubiley tədbirində səsləndiriləcək və xüsusi nəşrdə dərc ediləcək.

Tarix
2026.03.10 / 21:19
Müəllif
Kult.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla