Yuxarı

Mənim adımdan bu sözü deyən sağ olsun - Anar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənim adımdan bu sözü deyən sağ olsun - Anar

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayevin 88 yaşı tamam olur. Nasir, dramaturq, kinodramaturq Anar Rzayev 1938-ci il martın 14-də Bakıda Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.

Kult.az xəbər verir ki, Modern.az doğum gününü qeyd edən xalq yazıçısı ilə əlaqə saxlayıb.

Anar açıqlamasında doğum günü ilə bağlı onlarla təbriklər aldığını deyib:

"Çox adam doğum günümlə əlaqədar məni təbrik edib. Dünəndən bəri onlarla təbrik almışam. Amma ad günümü geniş əhatədə deyil, ailəmlə bir yerdə qeyd edəcəyəm".

Hələ də 105 il yaşamaq istəyib-istəmədiyi sualına Anar belə cavab verib:

"Mən 105 il yaşamaq arzusunda olduğumu deməmişəm. Kimsə əvvəllər bunu mənim adımdan yazıb. Amma kim deyibsə yaxşı deyib, sağ olsun".

Xalq yazıçısı gələn il həyat yoldaşı Zemfira Səfərova ilə "dəmir toy" (evliliyin 65-ci ilində keçirilən mərasim "dəmir toy" adlanır - red.) etməyi planlaşdırdıqlarını söyləyib:

"Evliliyimizin 50 illiyin Zenfira xanımla "qızıl toy", 60 illiyində isə "brilyant toy" etmişdik. Bu mərasimləri ailə çevrəsində keçirmişdik. 2027-ci ildə evliliyimizin 65 illiyi tamam olacaq. Gələn il "dəmir toy" etməyi düşünürük".

Yaradıcılığından da danışan Anar təkcə bu ay 3 kitabının çapdan çıxdığını deyib.

Tarix
2026.03.14 / 18:58
Müəllif
Kult.az
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla