Yuxarı

Müjgana verilən “Porşe”nin qışqırdığı təhlükə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müjgana verilən “Porşe”nin qışqırdığı təhlükə...

“Porşe” sevgim məktəb illərindəndir. Kompüterimin, telefonumun ekranında həmişə “Porşe” fotosu olub. İndi açarlarımın arasında “Porşe” emblemi də var. Nə vaxtsa “Porşe”min açarı ilə yanaşı asacam deyə, göz bəbəyim kimi qoruyuram. Qardaşım uşaqlarını indiyə kimi “Porşe”m var” yalanı ilə aldatmışam. Gah deyirəm ustadadır, gah deyirəm qarajdadır. Doğrusu, hərdən özüm də buna inanıram. Telefonumda “Porşe” ilə çəkilmiş azı 5 şəklim var. Harda görsəm, dayanıb, şəkil çəkdirirəm.

Bir sözlə, ən sevdiyim avtomobildir.

“Porşe” sevdam haqda niyə yazıram?

Bu yaxınlarda adını sonradan öyrəndiyim bir müğənninin müsahibəsi çıxdı qarşıma. Müjgan adlı həmin xanım deyir: “Mənə verilən ən bahalı hədiyyə “Porşe” markalı avtomobil olub. Layiqli idim, elə olmalı idi. Ərimdən ayrılandan sonra həyatımda olan ilk insan idi. O, məni araşdırmışdı ki, mən hansı maşından düşmüşəm”.

Layiq olub-olmadığını təyin etmək Allahın işidir. Bəlkə də layiqdir, bu ayrı...

Amma bu açıqlamanın və mediada təqdimatın bir təbliğ elementi var: “Boşanın!”

Cəmiyyətə, şüuraltına ötürülən kodlara baxın!

Ərini işə, övladlarını məktəbə yola salıb, əlində bir fincan çayla bunu dinləyən X xanımı düşünün: Ona qadınlar günündə bir ədəd qızılgül belə alan olmayıb; son paltarını ötən il ad günündə anası hədiyyə edib.

Müjgan(lar) isə ərindən boşanıb, yeni sevgilisi var, gözəldir, baxımlıdır, hələ üstəlik ərindən boşanan kimi ilk sevgilisi ona “Porşe” bağışlayıb.

X bu gün işlərinin çoxluğundan güzgüyə belə baxmayıb: saçını normal daramayıb, hələ ənlik-kirşanı bir kənara...

Müjgan isə par-par parıldayır – estetikdir başdan-başa!

X restorana son dəfə uşağının sünnətində gedib.

Müjgan isə hər gün restoranda “konsert” verir.

X dözür: ev kirayə, dolanmaq çətin, bahalıq...

Müjgan isə boşanıb və rahat həyat yaşayır: Lüks evlər, bahalı çantalar, ətirlər, kosmetikalar, “Porşe”...

X-in dəyişən hisslərini təxmin etmək çətin deyil: Dəyərsizlik, sevgisizlik, güvən problemi, çarəsizlik... Ümumiyyətlə “hiss" çox dəhşətli silahdır. Bir gün həmin silah ailəni dağıda bilər, bir gün həmin silah səni tənha qoya bilər, bir gün həmin silah sənin qatilin belə ola bilər - fərqində olaraq, yaxud olmayaraq...

Təbliğ edilən budur: Rahat həyat üçün boşanmağın şərtdir, yaxşı yaşamaq üçün təhsil vacib deyil...

Heç düşünürsənmi, bəlkə həmin toxumlar sənin də şüuraltına səpilib? Bəlkə sən də fərqində olmadan başqa həyat axtarışındasan?

Suallarım çoxdur: Bizə hansı həyat göstərilir? Bizə nə təbliğ edilir?

Bildiyim bir şey isə dəqiqdir: Arzuladığım “Porşe” Müjganınkından deyil!

Tarix
2026.03.13 / 12:35
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla