Yuxarı

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

Ermənistanda parlament seçkiləri günü (7 iyun) yaxınlaşdıqca müxalifət partiyaları fəallıqlarını artırmağa başlayıblar. Eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin qurultayı keçirilib. Partiyaya faktiki Levon Zurabyan rəhbərlik edir, qurultay məhz onun baş nazirliyə namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Bu partiyanın nəinki qələbə qazanmaq, parlamentdə təmsil olunmaq şansı belə azdır. Buna görə də Erməni Milli Konqresi digər müxalifət partiyalarla ittifaq formalaşdırmağa çalışır. Konqres iş adamı və “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyanın partiyası ilə ittifaqa maraq göstərir. Çünki müxalifət partiyalarından məhz Karapetyanın lideri olduğu Güclü Ermənistan Partiyası hakim Mülki Müqavilə Partiyası ilə rəqabət apara biləcək gücdədir. Bu səbəbdən Erməni Milli Konqresi özünü Karapetyanın partiyasına calamaq istəyir. Ancaq Karapetyan bu haqda hələ qərar veriməyib. Böyük ehtimalla Samvel Karapetyan daha geniş müxalifət koalisiyasının yaradılmasının tərəfdarıdır. Bu koalisiyaya Daşnaksütun Partiyasından tutmuş keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın partiyalarının daxil olması mümkündür.

Ancaq bu qüvvələrin liderləri arasında illərdir fikir ayrılıqları mövcuddur. Əslində müxalifətin bir torbada toplanması Baş nazir Nikol Paşinyanın maraqlarına xidmət edir. O haqlı olaraq bu koalisiyanı “müharibə partiyası” adlandıracaq və müxalifətin hakimiyyətə gələcəyi halda bölgədə yeni müharibənin başlayacağı təbliğatını aparacaq. Bu halda erməni seçiciləri seçim qarşısında qalacaqlar: ya Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq, ya da müharibə və Ermənistanın yeni və daha ağır itkiləri ilə üzləşmək”, - o qeyd edib.

Tarix
2026.03.14 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla