Yuxarı

BMT-dən Ukrayna ilə bağlı bədbin hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-dən Ukrayna ilə bağlı bədbin hesabat

Sentyabr ayında Rusiya ordusunun hücumlarının intensivləşməsi nəticəsində Ukraynada mülki şəxslərin ölüm və yaralanma sayı əvvəlki illərin rəqəmlərini xeyli üstələyib.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Hüquqları Monitorinq Missiyasının hesabatında bildirilib.

Monitorinq missiyası sentyabr ayında Ukraynada ən azı 328 mülki şəxsin öldürüldüyünü və daha 2105 nəfərin yaralandığını təsdiqləyib ki, bu da ümumi ölüm və yaralanma sayının 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 85 faiz çox olduğunu göstərir. Həmin vaxt 208 nəfər həlak olub və 24 nəfər yaralanıb.

Mülki şəxslər Ukraynanın 22 bölgəsində və Kiyevdə həlak olub və ya yaralanıblar. Ən çox itki paytaxt Kiyevdə, Xerson, Xarkov, Sum və Zaporojyedə qeydə alınıb.

Oktyabr ayında mülki əhali arasında itkilərin sayı da yüksək olaraq qalıb. Oktyabrın 7-də gecə Ukraynanın bir neçə bölgəsinə qanadlı raketlər və dronlarla hücum edilib. Çerniqov bölgəsində və Prilukidə 22 mülki şəxs həlak olub, 45 nəfər yaralanıb.

Monitorinq missiyası çox sayda mülki şəxs arasında itkilərin olduğu digər hücumları, o cümlədən oktyabrın 8-də Kramatorskda, oktyabrın 10-da Zaporojyedə və oktyabrın 14-də Lutskda baş verən hücumları sənədləşdiriblər.

"Oktyabrın ilk iki həftəsi son illərdə mülki əhali üçün ən ölümcül həftələr arasında olub. Cəmi bir neçə gün ərzində hücumlar Xarkov, Zaporojye, Kramatorsk və Kiyevdə çox sayda insan itkisi ilə nəticələnən hadisələrə səbəb olub", - deyə hesabatda bildirilir.

Tarix
2026.10.16 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın COP17-yə ev sahibliyi ilə bağlı müraciət

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla