Yuxarı

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Bu gün Türkiyənin Kayseri şəhərində Türk Dünyası Şair və Yazarlarının II TALAŞ Toplantısı öz işinə davam edib.

Bu barədə Axar.az-a toplantıda iştirak edən Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı məlumat verib.

II TALAŞ toplantısında Türk dünyasının şair və yazarlarının Bəyanatı qəbul olunub. Bəyanatı təqdim edirik:

“Biz, Türkiyə Cümhuriyyətinin Kayseri şəhərində toplaşmış Türk dünyası şair və yazarları, Azərbaycanda vahid məktəbli geyiminin tətbiq edilməsi ilə bağlı son vaxtlar Türkiyə və Azərbaycan qardaşlığına yaraşmayan bəzi fikir və bəyanatların yayılmasını qətiyyətlə pisləyir və bu əsassız qarayaxmaların dərhal dayandırılmasını tələb edirik.

Bilməliyik ki, türk dövlətlərinin yüzillərlə həsrətində olduğumuz birliyi və qardaşlığı, Türk Dövlətləri Təşkilatının yaradılması, türk dövlətləri başçılarının tez-tez görüşmələri, Türk dünyasının gələcəyi və inkişafı ilə bağlı mühüm qərar və layihələrin həyata keçirilməsi bizi sevindirdiyi kimi, türk düşmənlərini də ciddi şəkildə narahat edir.

TDT-nin yaranması və möhkəmlənməsində Türkiyə və Azərbaycan qardaşlığı mühüm rol oynamışdır. Azərbaycanda orta məktəblərdə vahid məktəbli formasının tətbiqini bəhanə edərək, Azərbaycanın az qala İslam düşməni, dini azadlığı pozan bir ölkə kimi qələmə verilməsi reallığı əks etdirmir və iki qardaş dövlət arasında münasibətləri soyutmaqla yanaşı, hamımız üçün dəyərli olan TDT-nin yüksəlişinə də əngəl olmaq məqsədi daşıyır. Münaqişəni genişləndirməyə çalışan yad qüvvələrin gizli niyyəti də elə budur.

Biz, ölkələrimizin yaxınlaşmasını tarixin gətirdiyi böyük imkan və xoşbəxtlik sayan, bütün ömrümüz boyu bu yolda mübarizə aparan, bu birliyin məsuliyyətini anlayan Türk dünyası şair və yazarları ümid edirik ki, iki qardaş dövlətin başçıları tezliklə bu məsələyə münasibət bildirəcəklər və sosial mediadakı zərərli yazılara son qoyulacaqdır.

Sadə xalqın və biz ziyalıların istəyi budur!

Yaşasın türk xalqları və dövlətlərinin birliyi və qardaşlığı!”

Tarix
2026.10.16 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla