Yuxarı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

“Voll Strit Jurnal” nəşrinin məlumatına görə, Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanından hərbi əməliyyatlara son qoymaq üçün 51 milyard dollar tələb ediblər. Husilər 11 il ərzində Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi zərbələrin nəticələrini ortadan qaldırmaq üçün belə bir məbləğ müəyyənləşdiriblər. Halbuki Yəməndə indiki ağır vəziyyət vətəndaş müharibəsinin nəticəsidir. Husilərin iddiasına görə, 51 milyard dollar Səudiyyə Ərəbistanın Yəmənə tətbiq etdiyi blokada nəticəsində dəyən ziyanı da əks etdirir. Husilərin Ər-Riyaddan başqa bir tələbləri də var: Səudiyyə Ərəbistanı husiləri Yəmənin qanuni hakimiyyəti kimi tanımalıdır.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

“Aydındır ki, Ər-Riyad husilərin tələblərini yerinə yetirməyəcək. Ancaq Ər-Riyad husilərin Səudiyyə Ərəbistanının hava limanlarına, yanacaq mərkəzlərinə raket zərbələrinə də hələ ki, son qoya bilmir. Husilər İrandan aldıqları dəstək sayəsində hərbi arsenallarını artırmaq imkanlarına malikdirlər. Bundan başqa, husilər raket və dron istehsalını genişləndirmək məqsədilə Çindən lazımi avadanlıq və komponentlər alırlar.

“Blumberq” agentliyinin məlumatına görə, 2026-cı ilin iyul ayında aparılan ətraflı yoxlama zamanı Yəmən limanındakı konteynerlərdən birində raket istehsalında istifadə oluna bilən materiallar aşkarlanıb. Husilərlə savaşan Yəmən qüvvələri 2025-ci ilin iyulunda limanlarının birində böyük silah yükünü ələ keçirmişdilər. Yükün tərkibində İran mənşəli raketlər və digər sistemlər olub. İran və husilərə raket və dron istehsalı üçün ciplər lazımdır. Həmin cipləri isə İran və husilər əsasən Çindən əldə edə bilərlər. Husilər raket və dron istehsalını o qədər modernləşdiriblər ki, Səudiyyə Ərəbistanına məxsus “Abrams” tanklarını da vura bilirlər”, - politoloq qeyd edib.

O vurğulayıb ki, raket və dron istehsalı üçün İrana və husilərə lazımi komponentlər satan Çinin Səudiyyə Ərəbistanı ilə də yaxşı münasibətləri var. Çin Səudiyyə Ərəbistanının əsas iqtisadi tərəfdaşı və neftinin əsas alıcılarından biridir. Səudiyyə Ərəbistanı ilə Çin arasında ikitərəfli ticarət kəskin şəkildə artaraq 100 milyard ABŞ dollarını keçib, əməkdaşlıq texnologiya, süni intellekt, infrastruktur, istehsal və enerji sahələrini əhatə edib. Səudiyyə Ərəbistanı Pekinin Yaxın Şərq strategiyasının mərkəzi sütununa çevrilib. Buna baxmayaraq, Çin Səudiyyə Ərəbistanı ilə savaş aparan husilərlə əlaqələrdən də imtina etməyib. Husilərin Çinlə əlaqəli komponentlərdən istifadə edərək daha mürəkkəb raket istehsalını artırmasıyla bağlı narahatlıqlar artıb. Husilərlə Səudiyyə Ərəbistanı arasındakı münaqişə dronlar, dəqiq idarə olunan raketlər və elektron müharibə sistemləri üçün sınaq meydançasına çevrilib. Səudiyyə Ərəbistanı üçün bu məsələ həssas diplomatik çətinlik yaradır.

Pekinin İrana və husilərə lazımi hərbi komponentlər satmaqda marağı nədir? Görünür, Pekin İran və husilərə gizli dəstək verməklə, ABŞ-ın regional siyasətini zəiflətmək istəyir. Çünki ABŞ nə İranı ram edə bilib, nə də husiləri neytrallaşdırmaq məqsədilə strateji müttəfiqi Ər-Riyada dəstək verib. Bu vəziyyət Çinin maraqlarına cavab verir”.

Tarix
2026.11.07 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla