Yuxarı

Britaniyalı generaldan müharibə xəbərdarlığı: Hazır olun!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyalı generaldan müharibə xəbərdarlığı: Hazır olun!

Böyük Britaniya ordusunun Baş Qərargah rəisi, general Roli Uoker dünyada artan geosiyasi təhlükələr fonunda ölkənin yaxın gələcəkdə hərbçilərin döyüş əməliyyatlarında iştirakına ehtiyac duya biləcəyi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə “Teleqrаf” nəşri məlumat yayıb.

General yaxın vaxtlarda ölkənin siyasi liderlərinin müharibə vəziyyətində tələb oluna biləcək fədakarlıqlarla bağlı ictimaiyyətlə açıq və səmimi müzakirələr aparmalı olacağını bildirib. Onun sözlərinə görə, vətəndaşlar ordunun ölkənin təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu anlamalı, müdafiə və təhlükəsizliyin prioritetləşdirilməsi naminə müəyyən fədakarlıqlara hazır olmalıdırlar.

Yorkşirdə yerləşən Katterik hərbi qarnizonuna səfəri zamanı təxminən 700 hərbçi qarşısında çıxış edən general Böyük Britaniyanın yaxın gələcəkdə əsgərlərin döyüş əməliyyatlarında iştirakına ehtiyac duya biləcəyini vurğulayıb: “Bəlkə də siz bunu bilmirsiniz, amma ölkəmizin sizə ehtiyacı olacaq”.

Uoker qeyd edib ki, əvvəllər Britaniya cəmiyyəti ordunun müharibədə iştirak etmək məcburiyyətində qalacağı bir dövr haqqında düşünmək istəmirdi. Lakin hazırkı geosiyasi vəziyyət və dünyada artan təhlükələr hərbi hazırlıq məsələsini yenidən gündəmə gətirib.

Tarix
2026.10.16 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla