Yuxarı

Xocalı dəhşəti: bu fotodakı qətlə yetirilənlər kimdir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı dəhşəti: bu fotodakı qətlə yetirilənlər kimdir?

Xocalıdakı dəhşətli soyqırımın görüntülərindən biri də təqdim olunan bu fotodur. Bu foto Xocalı soyqırımının ifadəçisi kimi istifadə olunan görüntülərdən biridir.

Kult.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev fotodakı Xocalı soyqırımı qurbanları haqda məlumat verib.

“Ermənilərin vəhşicəsinə qətlə yetirdikləri bu şəxslər Məxmər Hüseynova, onun kiçik bacısı Məhbubə Abışova və Məhbubənin iki azyaşlı övladı — Çingiz və Çinarədir. Həmçinin kadrda Hüseynovların qohumu, 20 yaşlı Rəsmiyyənin də cəsədi var. O, ailənin digər üzvlərini qorumağa çalışarkən həlak olub. Qaça bilərdi, lakin qohumlarını tək qoymayıb. Qəhrəmancasına özünü güllə qabağına verib ki, uşaqlar sağ qalsın. Lakin özünü qurban verməsinə baxmayaraq, ermənilər uşaqları da güllələyiblər.

Ailə Xocalıdan çıxmağa çalışarkən pusquya düşüb. Şahidlərin dediyinə görə, onlar qaçarkən erməni hərbçilər tərəfindən yaxın məsafədən pulemyot atəşinə tutulublar.

Məxmər Hüseynova Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun həyat yoldaşıdır.

Tofiq Hüseynov Xocalı özünümüdafiə batalyonunun komandiri olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son ana qədər döyüşmüş, mühasirəyə düşərkən əsir düşməmək üçün qumbara ilə həm özünü, həm də ətrafındakı erməni terrorçuları partlatmışdır.

Tofiq Hüseynovun 3 övladı (Yasəmən, Əfsanə və Murad) sağ qala biliblər. Lakin onlar həm atalarını, həm analarını, həm də xalaları və xalası uşaqlarını eyni gecədə itirdilər”, - alim vurğulayıb.

Tarix
2026.02.26 / 20:27
Müəllif
Kult.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla