Yuxarı

Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdən çıxan müğənni ilə bağlı maraqlı fakt

Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinayət işi üzrə məhkəmə prosesi davam edən müğənni Dəniz Əsədovanın dörd dəfə ad və soyadını dəyişdiyi məlum olub.

Kult.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə müğənni ilə bağlı keçirilən cinayət işi üzrə ittiham aktında şahid və zərərçəkmişlərin ifadələrində qeyd olunub.

Belə ki, ictimaiyyətin Dəniz Əsədova kimi tanıdığı şəxsin əvvəlki adı Aygün olub. O, müxtəlif vaxtlarda Dostəliyeva, daha sonra Miriyeva soyadlarını daşıyıb. Dəniz adını götürməzdən əvvəl isə Aygün Əsədova kimi tanınıb.

Cinayət işi materiallarında qeyd olunub ki, Aygün Əsədova pul müqabilində saxta əlillik sənədi düzəltmək məqsədilə müxtəlif şəxslərlə danışıqlar aparıb. İttihama görə, o, son olaraq adını yenidən dəyişərək Dəniz Əsədova olub və bundan sonra müğənnilik fəaliyyətinə başlayıb.

Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü (təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3-cü (rüşvət verməyə təhrik etmə) və 320-ci (rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, o, vətəndaşlardan pul alaraq saxta əlillik sənədləri düzəltməkdə təqsirləndirilir. Bildirilir ki, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi, hazırda barəsində məhkəmə araşdırması aparılan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

İş üzrə dövlətə 1.6 milyon manat məbləğində ziyan vurulduğu iddia edilir.

Xatırladaq ki, Dəniz Əsədova bundan əvvəl dələduzluq, eləcə də bir neçə şəxsə qarşı təhqir və böhtan ittihamları üzrə xüsusi ittiham qaydasında məhkum edilib. O, vəkil Asim Abbasovu təhqir etdiyinə və ona böhtan atdığına görə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 7 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra başqa bir şəxslə bağlı analoji əmələ görə cəzası artırılıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan amnistiya aktı əsasında çəkilməmiş cəzasından azad edilib.

Tarix
2026.03.02 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla