Yuxarı

XIII Qlobal Bakı Forumu başa çatdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XIII Qlobal Bakı Forumu başa çatdı

XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb.

Axar.az xəbər verir ki, 12-14 mart tarixlərində keçirilən Forumun açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə Gülüstan sarayında baş tutub.

Tədbirin ilk günündə iştirakçılar "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış" və "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində" mövzuları ətrafında panel müzakirələr aparıblar.

XIII Qlobal Bakı Forumunun martın 13-ü keçirilən ikinci günündə müzakirələr qlobal idarəetmə, iqlim dəyişiklikləri, beynəlxalq nəqliyyat marşrutları və Afrika qitəsinin inkişaf perspektivləri kimi aktual mövzulara həsr edilib.

Bu gün isə iştirakçılar "Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" və "Beynəlxalq sistemin yenidən qurulmasına doğru" mövzularını müzakirə ediblər.

Bununla da forum rəsmi olaraq başa çatıb. Martın 15-də isə foruma aid daha bir neçə mövzu ilə əlaqədar əlavə sessiyaların keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Qlobal Bakı Forumu artıq uzun illərdir, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə keçirilən beynəlxalq tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli liderləri, qərar qəbul edən şəxsləri bir araya gətirərək, qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlığa töhfə verir.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr (Təxminən 400 nəfər) dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.

Tarix
2026.03.14 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla