Yuxarı

Azərbaycanı Avroviziya-2026-da o təmsil edəcək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanı Avroviziya-2026-da o təmsil edəcək

Azərbaycanı “Avroviziya 2026” mahnı müsabiqəsində JIVA (Cəmilə Həşimova) təmsil edəcək.

Kult.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib.

Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində 2-ci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.

Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və “Montreux Jazz” festivalında səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib.

2017-ci ildən etibarən JIVA karyerasını solo olaraq davam etdirir. O, pop, dance və R&B janrlarında azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.

Xatırladaq ki, Azərbaycanın “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində təmsil olunması üçün keçirilən seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib.

İlkin qiymətləndirmə mərhələsində müraciətlər peşəkar heyət tərəfindən nəzərdən keçirilib və növbəti mərhələyə 18 namizəd dəvət olunub. Onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı və beynəlxalq auditoriya üçün potensialı qiymətləndirilib.

Qiymətləndirmələrin nəticəsində üç namizəddən ibarət qısa siyahı (shortlist) formalaşdırılıb. Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun qiymətləndirməsi əsasında qəbul olunub və Azərbaycanın builki təmsilçisi kimi JIVA seçilib.

Qeyd edək ki, “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

Tarix
2026.03.06 / 21:49
Müəllif
Kult.az
Digər xəbərlər

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla