Yuxarı

Nazir bu universitetə gəldi, tələbələrlə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir bu universitetə gəldi, tələbələrlə görüşdü - Foto

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb.

Kult.az xəbər verir ki, görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla ADU-ya yüksək balla qəbul olan tələbələrin sayının artmaqda olduğunu vurğulayıb.

ADU-nun QS reytinqində uğurları haqqında da məlumat verilib.

Rektor çıxışında 44 günlük müharibə zamanı tələbələrin fəallığından da söz açıb. Qeyd olunub ki, tələbələr müxtəlif xarici dillərdə dünya ölkələrinin hökumət strukturlarına məktublar ünvanlayaraq Azərbaycan həqiqətlərini çatdırıblar.

Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, gənclərin həm intellektual, həm də fiziki inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Nazir çıxışında ali təhsil müəssisələrinin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq universitetlərin gənclərin potensialının üzə çıxarılmasında, onların təşəbbüskarlıq və liderlik bacarıqlarının formalaşmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Söhbət zamanı gənclərin beynəlxalq idman və gənclər proqramlarında iştirakının artırılmasının vacibliyinə toxunulub, bu sahədə universitetlərlə əməkdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.

Görüş tələbələrin sualları ilə davam edib. Tələbələr gənclər siyasəti, idman infrastrukturu, beynəlxalq mübadilə proqramları və şəxsi inkişaf imkanları ilə bağlı suallarını ünvanlayıblar.

Tarix
2026.02.25 / 20:54
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla