Yuxarı

Britaniya Rusiya ilə savaşa çox yaxındır - Makelvoy

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya Rusiya ilə savaşa çox yaxındır - Makelvoy

Böyük Britaniya Rusiya-Ukrayna müharibəsində getdikcə daha geniş şəkildə iştirak edir, xüsusilə də Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə kömək edir. Britaniyada istehsal olunan dronların Rusiyadakı sənaye və hərbi obyektlərə zərbələr endirmək üçün istifadə edildiyi barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, bunu “The i Paper” nəşrinin köşə yazarı Enn Makelvoy məqaləsində yazıb.

O, bu müharibənin cəbhələrdə dalana dirəndiyini və PUA-lardan genişmiqyaslı istifadə ilə xarakterizə olunan münaqişə dövrünə daxil olduğunu göstərir:

"Rusiya-Ukrayna müharibəsi artıq Britaniyadan uzaqlarda getmir. Daha əvvəl Mİ6-nın yeni rəhbəri Bleyz Metreveli vəzifəsinin iclasına həsr olunmuş çıxışında cəbhə xəttinin hər yerdən keçdiyini bəyan edib. Artıq bir neçə ildir ki, kiberhücumları, sualtı kabellərin zədələnməsini, eləcə də Moskvanın kəşfiyyat əməliyyatlarını əhatə edən hibrid müharibə davam edir. “İstəklilər koalisiyası” Ukraynaya Rusiyaya qarşı müdafiəsində kömək edir, lakin bu yardımın öz bədəli var və həmin qiymət getdikcə artır".

Tarix
2026.08.17 / 08:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla