Yuxarı

DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSX-də gənc əsgərlərin andiçmə mərasimi keçirildi - Video

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-dən Axar.az-a verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq Döyüş Bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənc əsgərlərə dövlətə, xalqa və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə sədaqətlə xidmət etməyi, yüksək hərbi intizam, sayıqlıq və məsuliyyət nümayiş etdirməyi, sərhədçi peşəsinin incəliklərinə dərindən yiyələnərək Vətən sərhədlərinin etibarlı mühafizəsində üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirməyi tövsiyə ediblər.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə Hərbi Andı qəbul edərək Vətənin müdafiəsi və dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi şərəfli və məsuliyyətli vəzifəni üzərlərinə götürən gənc əsgərlərin dövlətə, xalqa və Ali Baş Komandana sədaqətlə xidmət edəcəklərinə əminlik ifadə olunub, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Mərasim zamanı valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Tarix
2026.08.17 / 09:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla