Yuxarı

Minlərlə yeni iş yeri, bir milyardlıq dəyər... - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minlərlə yeni iş yeri, bir milyardlıq dəyər... - Ekspert

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyri neft-qaz sektorunun əsas prioritet sahələri üzrə vacib hədəflər qeyd olundu.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.

“Azad edilmiş ərazilərdə qızıl, mis, molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiq olunması mədənçıxarma sənayesinin ishtehsal həcmini daha da artıracaq.

Dövlət Proqramının qəbul olunması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək. Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu isə məşğulluğa xüsusi töhfə deməkdir. Yeni iş yerlərinin əksəriyyəti bölgələrimizin payına düşəcək.

Mədənçıxarma sənayesində istehsal həcmi ilə bağlı göstəricilərə gəldikdə isə, 2025-ci ildə sözügedən sektorda 37 milyard manatlıq məhsul ishtehsal olunub. Azalma tendensiyası xam neft və qaz üzrə qeydə alınıb. Belə ki, bu sektor üzrə ishtehsal 2025-ci ildə əvvəlki ilə nisbətən 38.2 milyard manatdan 33.3 milyard manatadək azalıb.

Metal filizlərinin hasilatı ötən il 2 dəfə artıb. 2024-cü ildə 383 milyon manatlıq metal filizləri hasil edilmişdirsə, bu göstərici 2025-ci ildə 730 milyon manatadək yüksəlib. Mədənçıxarma sənayesi sahəsinə göstərilən xidmətlərin həcmi 2025-ci ildə artaraq 2.7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 2.5 milyard manat idi.

Dövlət Proqramının icrasının bu sahə üzrə göstəriciləri əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Belə ki, yeni proqram nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır”, - deyə Bayramov əlavə edib.

Tarix
2026.09.23 / 11:17
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla