Yuxarı

İki stansiya buna görə pulsuz olubmuş - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki stansiya buna görə pulsuz olubmuş - Rəsmi

Yerüstü nəqliyyatda sıxlıq müşahidə olunduğu halda metronun bəzi xətlərində sərnişin axını əvvəlki dövrlə müqayisədə azalıb. Hazırda Yaşıl xətt üzrə sərnişin sayında 50 faizdən çox, Bənövşəyi xətdə isə 35-40 faiz arasında azalma qeydə alınır. Bu baxımdan sərnişin axınlarının yerüstü nəqliyyatdan metroya yönləndirilməsi mövcud disbalansın aradan qaldırılmasına müsbət təsir göstərə bilər.

Axar.az xəbər verir ki, bunu ”Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gündən etibarən Bakı metrosunun “Avtovağzal” və “Xocasən” stansiyalarına girişin pulsuz olması ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, bu addım sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə əlaqədardır:

“Səhər saatlarından etibarən “Avtovağzal” və “Xocəsən” stansiyalarına girişin ödənişsiz təşkili sərnişinlərin hərəkət rahatlığının artırılmasına və müxtəlif istiqamətlər üzrə sərnişin axınının daha optimal bölüşdürülməsinə xidmət edir.

Paytaxta sərnişin axınının əsas istiqamətlərindən biri Sumqayıt-Xırdalan xətti, eləcə də Şamaxı-Bakı yolu olduğundan bu ərazilərdən şəhər mərkəzinə daxil olan sərnişinlərin bir hissəsinin metrodan istifadəyə yönəldilməsi “20 Yanvar” stansiyası və Moskva prospekti ətrafında nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər”.

Tarix
2026.09.23 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla