Yuxarı

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

Xalq şairi Sabiq Rüstəmxanlı bu gün səhər saatlarında vəfat edən Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə bağlı diqqətçəkən paylaşım edib.

Kult.az xəbər verir ki, S.Rüstəmxanlı mərhum şairi yuxuda gördüyünü və bu barədə yoldaşlarına danışdığını bildirib.

“Vətəndən kənardayam. Bu gecə səhərə yaxın yuxuda gördüm ki, Azərbaycan Milli Dram Teatrında Məmməd Arazın xatirə gecəsinə toplaşmışıq. Təlaşla məni axtarırlar: “Gəl-gəl, indi sən danışacaqsan”. Səhnə arxasına keçəndə gənclik dostum Çingiz Əlioğlunun səsini eşidirəm. Sap-sağlam, uca boyuyla dayanıb mikrofonun qabağında və çoxdan eşitmək arzusunda olduğum gur cavanlıq səsiylə danışır. “Gör nə xoşbəxtlikdir, - deyirəm: - Çingiz sağalıb və hətta bu gecədə çıxış edir”. Yana çevriləndə məni görür, gülümsəyir, nə dediyini eşitmirəm, amma birdən-birə çox da hündür olmayan, sinədən gələn səslə çoxdan eşitmədiyim həzin bir mahnımızı oxumağa başlayır. Salondan alqış yüksəlir. Çingiz qarabağlıdır, səsi gözəl idi və biz üç dost (Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu və Nüsrət Kəsəmənli gənc yaşlarından yaxın dostlar olublar - red.) hərdən baş-başa verib qədim xalq mahnılarımızı oxuyardıq. Ancaq Çingizin tək oxuduğu yadıma gəlmir. Bu mahnını dinləyə-dinləyə ayılıram. Yuxu danışmaq xasiyyətim yoxdur, amma nədənsə səhər yeməyi vaxtı səhərə yaxın gördüyüm yuxunu masadakı yoldaşlarıma danışıram, ”ürəyim narahatdır, yəqin nə isə olub” - deyirəm. Gündüz saat 3-də Seyran Səxavət zəng vurur: Çingizi hardan götürəcəklər? Və mən altmış illik əziz dostumun, görkəmli şairimizin vəfatından xəbər tuturam - vətəndən çox uzaqda. Sən demə, o da səhərə yaxın bir nəğmə kimi uçub gedib.

Çingiz Əlioğlu ilk şeirini 1967-ci ildə çap etdirmişdi. Ciddi yaradıcılıq yolu böyük şairimiz Rəsul Rzanın xeyir-duası ilə başlanmışdı. Şeirləri öz üslubu, ifadə tərzi ilə seçilirdi və buna görə də ötən əsrin axırı və bu əsrin əvvəlində şeirimizin xorunda onun orijinal, təravətli, gur poetik səsi aydın eşidilirdi. Gənclər kitablarını sevə-sevə oxuyurdular. Bütün ömrünü kitab nəşri işinə sərf etdi. “Gənclik” nəşriyyatında, “Azərnəşr”də, Mətbuat və İnformasiya Nazirliyində, xəstələnməzdən əvvəl Mədəniyyət Nazirliyində çalışdı. Azərbaycanın Əməkdar incəsənət xadimi idi. Ömrümüzün böyük bir hissəsini demək olaraq, hər gün bir-birimizdən xəbər tutaraq yaşamışdıq. Çox sevdiyi Qarabağın azad torpaqlarında gəzə bilmədi, amma mən hər səfərimdən sonra sevincimi onunla bölüşürdüm. Xatirələrimiz bir kitaba sığmaz. Bənzərsiz, gözəl bir insan idi.

Ruhun şad olsun, əziz dost. Əlvida, Çingiz!”, - deyə Sabir Rüstəmxanlı qeyd edib.

Tarix
2026.08.10 / 07:00
Müəllif
Kult.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla