Yuxarı

54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...

Dünya yeni nüvə qarşıdurması mərhələsinə yaxınlaşır, çünki onilliklər ərzində formalaşmış nüvə silahlarına beynəlxalq nəzarət sistemi tədricən öz effektivliyini itirir.

Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

Məlumata görə, dünya faktiki olaraq “somnambulizm vəziyyətində” yeni nüvə silahlanması yarışına daxil olur:

"Silahların məhdudlaşdırılması haqqında müqavilələr bir-birinin ardınca qüvvədən düşür, əvvəllər öz nüvə silahlarını yaratmaq imkanını qəti şəkildə rədd edən dövlətlər isə mövqelərini yenidən nəzərdən keçirməyə başlayır. Əsas hadisələrdən biri ABŞ və Rusiya arasında Strateji Hücum Silahlarının ixtisarına dair Yeni Müqavilənin qüvvədə olma müddətinin başa çatması oldu. 2010-cu ildə Obama administrasiyası tərəfindən imzalanan və 2021-ci ildə Bayden tərəfindən müddəti uzadılan bu saziş məhz iki ölkənin strateji nüvə arsenalının məhdudlaşdırılması məqsədilə bağlanmışdı. İndi dünya nüvə arsenalının təxminən 86%-nə sahib olan Vaşinqton və Moskva 1972-ci ildən bəri ilk dəfə müvafiq müqavilə olmadan qalıb. Eyni zamanda, silahlara nəzarətin ikitərəfli modeli müasir vəziyyətə getdikcə daha az uyğun gəlir. Artıq 600-dən çox nüvə başlığına malik olan Çin öz arsenalını sürətlə artırır və ABŞ və Rusiya ilə danışıqlarda iştirak etməkdən imtina edir.

Şimali Koreyanın təxminən 50 hazır nüvə başlığı və daha bir neçə onlarla nüvə başlığı hazırlamaq üçün kifayət qədər materialı var. Lakin Pxenyanla danışıqlar 2019-cu ildən bəri aparılmır.

Bu fonda Cənubi Koreya və Yaponiyada baş verən dəyişikliklər xüsusilə diqqət çəkir.

Cənubi Koreyada vətəndaşların demək olar ki, 70%-i artıq öz nüvə silahlarının yaradılmasını dəstəkləyir. Yaponiya formal olaraq üç nüvəsiz prinsipə riayət etməyə davam edir: nüvə silahına malik olmamaq, onu istehsal etməmək və öz ərazisində yerləşdirilməsinə icazə verməmək. Lakin ölkənin baş nazir bu siyasətlə bağlı mövqeyini daha ehtiyatlı ifadə etməyə başlayıb, müdafiə naziri isə iyul ayında nüvə məsələsinin daha açıq şəkildə müzakirə olunmasına çağırıb".

Tarix
2026.08.17 / 08:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla