Yuxarı

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

İş adamı Emin Ağalarov "Sea Breeze"dəki hadisə ilə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, bununla bağlı Emin Ağalarov şəxsi İnstaqram səhifəsində paylaşım edib.

"Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir anda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz yoxdur.

Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır. Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək veririk.

Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün hər zaman mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsüm fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib. Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

“Sea Breeze” komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik", - o qeyd edib.

Tarix
2026.08.15 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla