Yuxarı

Avroviziya 2026: Azərbaycanın mahnısı və klipi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziya 2026: Azərbaycanın mahnısı və klipi - Video

Azərbaycanı Avroviziya 2026 Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın “Just Go” adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub.

Kult.az xəbər verir ki, “Just Go” — sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır.

Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-da müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad Əlidir.

Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1995-ci ildən etibarən ABŞ-da yaşayan bəstəkar beş musiqi albomu buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir.

Xatırladaq ki, JIVA Azərbaycanın Avroviziya 2026 Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub. Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

Tarix
2026.03.09 / 22:32
Müəllif
Kult.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla