Yuxarı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Hər halda İran ABŞ-ın 20 illik işğaldan sonra başını götürüb qaçdığı Əfqanıstandan gücsüz deyil. İran ABŞ-ın 20 il vuruşduqdan sonra məğlubiyyətini elan etdiyi Vyetnamdan da güclüdür. Yaxud Yaxın Şərqdə fiaskoya uğradığı Suriya və İraqla da müqayisə oluna bilməz. Məntiqlə, bu ölkələrə uduzan ABŞ-ın əvvəl-axır İranda da məğlub olacağına şübhə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz hazırda davam edən müharibədə İranın qalib gəlməsi ehtimalı haqda danışarkən bildirib.

“Məsələ burasındadır ki, silah maqnatlarının da ciddi söz sahibi olduğu ABŞ hardasa əbədi qalmaq və ya qalib gəlmək üçün müharibə aparmır. Onun məqsədi silah maqnatlarının kisəsini doldurmaq, dövlət büdcəsindən bu şirkətlərə dodaq uçurdan maliyyələr ayırmaqdır. Sözsüz ki, bu və digər regional məqsədlərini qarşıladıqdan sonra ABŞ işğal etdiyi ərazilərdən çıxır. Bunun üçün isə ona “məğlubiyyət” lazımdır. Əks halda, öz ictimai rəyinə “niyə işğal etdiyimiz ərazilərdən çıxırıq” məntiqini izah edə bilməz. Məhz bu səbəbdən də ABŞ uzun sürən müharibələrdən adətən “məğlub” ayrılır. Çıxanda isə geriyə darmadağın olunmuş ölkə buraxır, sonra da verdiyi kreditlərlə onları bərpa edib öz iqtisadiyyatına bağlayır.

Neft və qaz zəngini olan İran da ABŞ-ın tamah saldığı coğrafiyalardandır. Deməli, orda da sonu məğlubiyyətlə bitən uzunmüddətli savaşlara girəcək və geridə Əfqanıstan, İraq, Suriya kimi xarabalıqlar buraxıb çıxacaq. Trampdan və ya onun sələflərindən sonra gələn iqtidarlar isə Trampın qabırğasına döşəyə-döşəyə onun “axmaqlıqları” sayəsində İranda uduzduqlarını “etiraf edəcəklər”. İranın yeni hökumətləri də eynilə Taliban kimi, ABŞ-ın ağız-burnunu əzib yola salmaqları ilə qürrələnəcəklər.

Qısası, ABŞ-ın qələbəsi də, məğlubiyyəti də “eyni qapıya” çıxır. Nə yazıq ki, İran rəsmiləri ABŞ və İsrailin bu məkrli siyasətinə sürükləndilər və indi də öz mövqelərindən geri çəkilməməklə əslində Qərb imperializmini sevindirirlər”, - o qeyd edib.

Tarix
2026.03.14 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla