Yuxarı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Yaxın Şərqdəki hərbi münaqişə çox uzun müddət davam edəcək və bütün ölkələr enerji təhlükəsizliyinin təhdid altında olma ehtimalına hazırlaşmalıdırlar.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə Feysbuk hesabında yazıb.

O, israilli həmkarı Gideon Saarla telefon danışığından sonra belə bir nəticəyə gəlib:

"Bu gün İsrailin xarici işlər naziri Gideon Saarla telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdim. Bu münaqişənin xeyli müddət davam etməsinə hazırlaşmalıyıq. Yaxın Şərqdəki müharibə təkcə beynəlxalq təhlükəsizliyə problem yaratmır, həm də qlobal enerji təchizatının təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Hörmüz boğazının bağlanması qlobal neft bazarının fəaliyyətini təhlükəyə atıb".

O, bir daha qeyd edib ki, ABŞ hökumətinin Rusiya neftinə qarşı sanksiyaları qismən dayandırması müdrik qərardır.

Nazir xəbərdarlıq edib ki, Brüssel də bunu etməlidir, çünki hazırkı vəziyyətdə iki əsas Avrasiya enerji mənbəyindən - ərəb bölgəsindən neft və ucuz Rusiya enerjisindən təcrid olunmuşuq:

“Əgər bu davam edərsə, Avropa bütün sektorlarda ən böyük qiymət artımlarını yaşayacaq”.

Tarix
2026.03.14 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla