Yuxarı

100 qol da vursam, “Qızıl top” ala bilmərəm - Keyn

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
100 qol da vursam, “Qızıl top” ala bilmərəm - Keyn

Bu mövsüm 100 qol vura bilərəm, amma əgər Çempionlar Liqasını və ya dünya çempionatını qazanmasam, yəqin ki, “Qızıl top”u ala bilməyəcəyəm.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn deyib.

“Eyni şey Haaland üçün də keçərlidir, eləcə də digər futbolçular üçün. Əsas titulları qazanmaq lazımdır. Çempionlar Liqasının favoritlərindən biriyik. Buna görə, bəlkə də bu, şanslarımı bir qədər artırır. İngiltərə yığması ilə də eynidir. Düşünürəm ki, turnirə favoritlərdən biri kimi gedəcəyik. Özümü yaxşı hiss edirəm. Bu fasilə bizə faydalı olacaq. Amma əgər uğur gətirsə və həm klubda, həm də yığmada işlər qaydasında olsa, onda mən mütləq “Qızıl top” kimi bir mükafat üçün müzakirə olunan namizədlərdən biri olacağam”, - Keyn qeyd edib.

Qeyd edək ki, cari mövsüm Keyn klubun heyətində bütün turnirlərdə 17 oyun keçirib, 23 qol vurub və üç məhsuldar ötürmə edib. İngiltərə millisində isə o, DÇ-2026-nın seçmə mərhələsində yeddi matçda altı qol vurub.

Tarix
2025.11.16 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla