Yuxarı

Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd olunub ki, Yasamal və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra transformator məntəqələrində, eləcə də Sabunçu RETSİ-nin ərazisindəki 6 kV-luq hava xəttində təmir işləri görüləcək. Həmçinin Qaradağ RETSİ-nin ərazisində yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılacaq.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov və Şamil Əzizbəyov küçələrində, Azərbaycan prospektində, eləcə də Yeni Yasamalın 1 və 2-ci yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nəsimi rayonunun Rasim Səfərov küçəsində və 3-cü Alatava yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq. Təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində də elektrik enerjisinin verilişi dayandırılacaq.

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 1-ci və 2-ci massivlərdə isə saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq. Qeyd olunub ki, görülən işlər elektrik enerjisinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına və artan yük tələbatının qarşılanmasına xidmət edir.

Tarix
2026.10.27 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla