Yuxarı

Vatsap istifadəçilərinə xəbərdarlıq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vatsap istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Vatsap və Vaysap Biznes istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə MKA məlumat yayıb.

İstifadəçilərə aşağıdakı vacib təhlükəsizlik tədbirlərini görmək tövsiyə edilir:

· Bağlı cihazları dərhal yoxlayın. Tətbiqdəki "Bağlı cihazlar" bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin, çünki hesabınız öz telefonunuzda işləsə belə, başqa cihazdan istifadə oluna bilər.

· İkimərhələli təsdiqləməni aktivləşdirin. Ayarlar bölməsindən hesabınıza əlavə qorunma qurun və bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin.

· Kodları heç kimlə paylaşmayın. SMS təsdiq, cihaz bağlama və təhlükəsizlik PIN-kodunu başqalarına verməyin, həmçinin özünüz başlatmadığınız giriş sorğularını təsdiqləməyin.

· QR-kodlara və saxta bildirişlərə qarşı diqqətli olun. "Hesabınız bağlanacaq", "biznes hesabınızı təsdiqləyin" və ya "dəstək xidməti" adı ilə gələn saxta keçidlərə etibar etməyin, QR-kodları yalnız rəsmi platformalar üzərindən skan edin.

· Tətbiqi və telefonu yenilənməmiş saxlamayın. Vatsap və Vatsap Biznesi yalnız rəsmi tətbiq mağazalarından quraşdırın, bildirişləri açıq saxlayaraq yeni cihaz bağlantılarına nəzarət edin.

· Biznes hesabına çıxışı ciddi nəzarətdə saxlayın. Yalnız səlahiyyətli əməkdaşların cihazlarını bağlı saxlayın və işdən ayrılan şəxslərin çıxış hüquqlarını dərhal ləğv edin.

· Şübhəli halda dərhal tədbir görün. Müdaxilə şübhəsi varsa naməlum cihazlardan çıxış edin, girişi itirmisinizsə, nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirin və əlaqələrinizi adınızdan gələ biləcək saxta tələblərə qarşı xəbərdar edin.

Unutmayın ki, təkcə ikimərhələli təsdiqləməni aktivləşdirmək mövcud icazəsiz girişi avtomatik aradan qaldırmır, buna görə də bağlı cihazların ayrıca yoxlanılması mütləqdir.

Tarix
2026.10.27 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla