Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
21:04
| Ana səhifə İdman |
|
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında medal qazana bilməyib.
Axar.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qarşılaşıb.
Gərgin keçən görüşdə rəqibinə 5:7 hesabı ilə məğlub olan Həsrət Cəfərov dünya çempionatını beşinci pillədə başa vurub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-dək davam edəcək. Azərbaycan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
|
Tarix
2026.10.27 / 20:20
|
Müəllif
Axar.az
|