Yuxarı

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Məkkə Sazişinin əsas məqsədi Səudiyyə Ərəbistanını həm husilərə, həm də zərurət yarandıqda İranın hücumlarına qarşı qorumaqdır. Bu, sazişin adından da görünür. Məkkə Səudiyyə Ərəbistanında yerləşir. Amma Türkiyə bunu açıqlaya bilmir. Çünki Türkiyədə islamçı kəsim güclüdür. Həmin kəsim hesab edir ki, İran İsraillə vuruşduğuna görə ona dəstək vermək lazımdır. Türkiyənin belə bir problemi var.

Bu sözləri politoloq Heydər Oğuz Axar.az-a açıqlamasında Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüş barədə danışarkən deyib.

“İranı Məkkə Birgə Müdafiə Sazişinə dəvət etmək istədikləri iddia olunur. Bu, mümkün deyil. Türkiyə NATO üzvüdür, NATO-nun əsas üzvü olan ABŞ isə İranı vurur.

İranın Məkkə sazişinə daxil olmasına Səudiyyə imkan verməz. Onlar faktiki döyüş həddindədir. Hörmüz və Bab əl-Məndəb boğazlarınınn bağlanması Səudiyyəni boğmaq deməkdir. Bu halda Ərəbistan İranla eyni hərbi ittifaqa girərmi?” - o bildirib.

Politoloqun sözlərinə görə, üç ölkənin yüksək səviyyəli rəsmilərinin Tehrana getməsinin səbəbi husilərin Məkkəni hədəf alması ola bilər:

“Məkkənin vurulması bütün islam dünyası üçün, həqiqətən də, qırmızı xətdir. Onlar İrana xəbərdarlıq üçün gedə bilərlər. Bir növ demək istəyirlər ki, səninlə savaşa məcbur ola bilərik. Ora dövlət başçıları deyil, hərbçilər və kəşfiyyatçılar gedib. Yəqin ki, əllərində müəyyən faktlar olub.

Həmin dövlətlərin bu addımı atmasına şərait yaradan supergüc var. Bu, Amerikadır. İttifaqın hər üç üzvü - Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ABŞ-a yaxın müttəfiqlərdir.

Amerika İranla müharibəyə hazırlaşır. Bir neçə gündən sonra bu müharibənin şahidi ola bilərik. Belə olan halda Türkiyənin İranla hansısa ittifaqda yer alması mümkün deyil”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İrana səfər edib və 4 ölkənin birgə bəyanatı yayılıb.

Tarix
2026.10.27 / 15:09
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla