3 aya 38 milyon avro qazanıblar - Xalq artisti
20:29
| Ana səhifə İdman |
|
Azərbaycan millisinin sabiq futbolçusu Abbas Hüseynov “Qarabağ”dan ayrılıb.
Axar.az xəbər verir ki, bu barədə Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev məlumat verib.
Onun sözlərinə görə, müdafiəçi artıq komandanın düşərgəsini tərk edib:
“Abbas mənə dedi ki, artıq ikinci əvəzedici komanda ilə məşqlərə də qoşulmayacağam. O, ümumiyyətlə klubla əlaqəsini kəsib. Mənim bildiyim bu qədərdir. Digər məsələlər futbolçu ilə rəhbərlik arasındadır”.
Xatırladaq ki, Abbas Hüseynov ötən mövsüm intizamsız davranışına görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmişdi.
|
Tarix
2026.10.27 / 19:37
|
Müəllif
Axar.az
|