Yuxarı

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Azərbaycan və Türkiyə qardaşlığı gündəlik proseslərin çərçivəsinə sığdırılmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin fövqündə tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənmiş və nəsillər boyu yaşadılmışdır.

Axar.az xəbər verir ki, bu barədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə Cümhuriyyətinin 103-cü, türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yaydığı yazılı açıqlamasında bildirilib.

Baxçalı qeyd edib ki, eyni həssaslıq türk dünyasının bütün qardaş dövlətlərinə də aiddir:

“Heç bir fikir ayrılığının artmasına yol verilməməlidir, heç bir münaqişə daimi ayrılığa çevrilməməli və aramızda heç bir nifaq toxumu səpilməməlidir.

Qardaşlıq bağları qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qorunur.

Buna görə də türk dünyasının hər bir üzvünün vəzifəsi tarixi yaxınlığımızı gündəlik mübahisələrdən üstün tutmaq, fərqlilikləri ayrılıq səbəblərinə çevirməkdən çəkinmək və gələcəyimizi zəiflədəcək addımlardan çəkinməkdir.

Unutmaq olmaz ki, türk dünyasının gücü bir-birimizə olan etibarımızda, müstəqilliyimizə göstərdiyimiz hörmətdə, mədəni dərinliyimizdə və ortaq məqsədlərimiz ətrafında nümayiş etdirdiyimiz iradədədir”.

Tarix
2026.10.27 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla