Yuxarı

40 kq marixuananı götürməyə arvadı və uşağı ilə getdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
40 kq marixuananı götürməyə arvadı və uşağı ilə getdi

Bakının Qaradağ rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Mərdan adlı şəxsin məhkəməsində maraqlı faktlar üzə çıxıb.

Axar.az Xitab24.az-a istinadən xəbər verir ki, Mərdan istintaqa məlum olmayan şəxsin göndərdiyi 40 kiloqrama yaxın marixuananı götürmək üçün Qaradağ rayonuna həyat yoldaşı və azyaşlı övladı ilə gedib.

Məlum olub ki, Mərdanın ailə üzvləri ilə birlikdə Lökbatan ərazisinə getməkdə məqsədi şübhələri üzərindən yayındırmaq olub. O, gecə vaxtı küçədə ailəsi ilə görünəcəyi təqdirdə heç kimin ondan şübhələnməyəcəyini düşünüb.

Lakin onun bu planı baş tutmayıb. Mərdan İran vətəndaşının göndərdiyi narkotik vasitələrlə dolu kisələri götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Mərdanın cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılıb. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2026.10.27 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla