Yuxarı

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyev törətdiyi əməllərə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü olaraq qala bilməz.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib.

"Lazımi qərarı verəcəyik. Ən yaxın zamanda AMEA-nın bununla bağlı iclasını çağıracağıq", - deyə İsa Həbibbəyli qeyd edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Mehdiyevin yaşı və səhhətindəki problemlər nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, ona təyin edilən cəzanın şərti tətbiq olunmasına qərar verilib.

Hökmə əsasən, Ramiz Mehdiyevin əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsi, eləcə də onun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

Tarix
2026.10.27 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla