Yuxarı

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Məkkə və Bədr sazişlərinin ölkənin beynəlxalq təhlükəsizlik arxitekturasında fəal rol nümayiş etdirdiyini bildirib, Azərbaycan və digər dost ölkələrlə əməkdaşlığın regional təhlükəsizliyə töhfə verdiyini vurğulayıb.

Axar.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Y.Gülər Türkiyənin dəyişən geosiyasi şəraitdə təhlükəsizliyini təmin etmək, milli maraqlarını qorumaq və beynəlxalq sülhə töhfə vermək üçün güclü, müasir və çəkindirici hərbi qüvvələrə malik olmasının vacibliyini vurğulayıb.

Gülər bildirib ki, Türkiyə Şimali Kipr başda olmaqla, Azərbaycan və digər qardaş ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirir.

Nazir qeyd edib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişi birgə müdafiə, çəkindiricilik və hərbi koordinasiya əsasında təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

Gülərin sözlərinə görə, ötən həftə Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında imzalanan Bədr Anlaşma Memorandumu isə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafını, texniki hərbi təlimlərin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, birgə istehsal və texnologiyaların inkişafını, eləcə də elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin gücləndirilməsini hədəfləyir.

Tarix
2026.10.27 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla