Yuxarı

Kamal Abdullanın əsəri Qazax Dövlət Dram Teatrında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdullanın əsəri Qazax Dövlət Dram Teatrında

Noyabrın 11-də Qazax Dövlət Dram Teatrında xalq yazıçısı Kamal Abdullanın "Bir, iki - bizimki!" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Kult.az xəbər verir ki, teatrın direktoru, rejissor Allahverdi Musayevin quruluş verdiyi səhnə əsəri insan münasibətlərinin incə psixoloji qatlarını, axtarış və anlaşma arasındakı ziddiyyətləri əks etdirir.

Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.

Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.

Rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Allahverdi Musayev, rejissor assistenti Ceyhun Vəlizadə olan tamaşada obrazları əməkdar artist Xəzər Gəncəli, aktyorlar Rüfət Ömər, Zəmanə Dərviş, Xaqan Qurbanov və Səbinə Yusifova canlandırırlar.

Səhnə əsəri teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Teatrın kollektivi adından müəllif üçün hazırlanmış hədiyyə akademik Muxtar İmanova təqdim edilib.

Qeyd edək ki, "Bir, iki- bizimki!" xalq yazıçısı Kamal Abdullanın dramaturgiya yaradıcılığında xüsusi yerə malikdir. Müəllif bu haqda müsahibələrinin birində belə deyir:

“Bu pyesi ilk dəfə bizim görkəmli rejissorumuz Vaqif İbrahimoğlu YUĞ teatrında tamaşaya qoyub. Daha sonra bir çox teatrlar bu pyesə müraciət etdilər. Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri - rejissorluğu bitirən tələbələr bir neçə dəfə bu pyesə müraciət ediblər. 2018-ci ildə Akademik Milli Dram Teatrında bu pyes əsasında hazırlanan tamaşanın premyerası keçirildi. İndi isə xarici ölkələrin birində bu əsəri tamaşaya hazırlayırlar”.

Tarix
2025.11.12 / 20:32
Müəllif
Kult.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla