Yuxarı

Vüqar Əhmədov yenidən federasiya prezidenti seçildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüqar Əhmədov yenidən federasiya prezidenti seçildi

Martın 14-də “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Axar.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

İclasın gündəliyi təsdiq edildikdən sonra federasiyanın baş katibi Fərhad Əliyev çıxış edərək 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edib.

Daha sonra “Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinə qoşulması yolu ilə federasiyanın yenidən təşkili məsələsi səsverməyə çıxarılıb və qəbul edilib. Həmçinin “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.

Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüqar Əhmədov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib. Vüqar Əhmədov çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib, federasiyaların birləşdirilməsi nəticəsində daha böyük və vahid idman qurumunun formalaşdığını vurğulayıb.

Səsvermənin nəticələrinə əsasən, Kamil Hüseynov, Fərid Əmirov və Namiq Orucov federasiyanın vitse-prezidentləri, Fərhad Əliyev isə icraçı vitse-prezident seçilib. Rəhman Xanlarov və Burcu Algon Giorgianni İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Arif Ləzimzadə sədr, Vüsal Qurbanov və Elvin Heydərov isə üzv seçiliblər.

Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni seçilmiş rəhbərliyini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Tarix
2026.03.14 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla