Yuxarı

Bu layihəyə qarşı çıxmırıq, dəyərli hesab edirik - Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu layihəyə qarşı çıxmırıq, dəyərli hesab edirik - Fidan

Ankara Yunanıstanın Krit adası ilə yunan Kiprinin enerji sistemlərini birləşdirəcək yüksək gərginlikli sualtı elektrik ötürücü xəttinin (“Great Sea Interconnector”) çəkilməsi layihəsinə qəti şəkildə qarşı çıxmır. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın Baş naziri Kiriakos Miçotakis arasında Nyu Yorkda keçirilən görüşdə müzakirə olunub. Türkiyə tərəfi bu təşəbbüsü dəyərli hesab edir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstanın “Ta Nea” qəzetinə müsahibəsində deyib.

Bununla yanaşı, nazir qeyd edib ki, uzunluğu iki min kilometrdən çox olan sualtı yüksək gərginlikli elektrik xəttinin çəkilməsinə Avropa fondlarından 2 milyard avrodan çox vəsait xərcləməkdənsə, Kiprdən cəmi 70 mil məsafədə yerləşən Türkiyədən elektrik enerjisi almaq mümkündür.

“Kipr sakinləri Türkiyədən şirin su, elektrik enerjisi və qaz ala bilərlər”, – deyə nazir vurğulayıb.

H.Fidan, həmçinin Afinanı regionda mövcud status-kvonu dəyişdirmək cəhdlərindən əl çəkməyə çağırıb və belə cəhdlərin “daha böyük problemlərə yol aça biləcəyini” bildirib.

Tarix
2026.10.21 / 20:54
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla