Yuxarı

Rəqsanənin Gəncə konserti ləğv edildi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəqsanənin Gəncə konserti ləğv edildi

Müğənni Rəqsanə İsmayılovanın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutması planlaşdırılan konserti keçirilməyəcək.

Axar.az Bizim.Media-ya istinadla xəbər verir ki, 18 mart üçün planlaşdırılan tədbir naməlum səbəbdən ləğv edilib.

Konsertin bilet satışı dayandırılıb, saytdan çıxarılıb və satılan biletlər geri qaytarılıb.

Qeyd edək ki, Rəqsanə qızı Aysunla "İllər sonra" adlı proqramla Filarmoniyada çıxış edəcəyini elan etmişdi. Bu xəbər sosial mediada müzakirə yaratmışdı. Bəziləri ev dustaqlığında olan şəxsin necə konsert verəcəyi ilə bağlı suallar ünvanlamışdılar.

Xatırladaq ki, Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri daha bir ay uzadılıb. Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddəti aprelin 4-nə qədər artırıb.

Tarix
2026.03.14 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla