Avtobus dərəyə aşdı: 22 nəfər öldü
00:15
| Ana səhifə Planet |
|
Myanmada sərnişin avtobusunun dərəyə aşması nəticəsində 22 nəfər həyatını itirib, daha 14 nəfər xəsarət alıb.
Axar.az “Sinxua” agentliyinə istinadla xəbər verir ki, qəza bu gün ölkənin mərkəzi hissəsində baş verib.
Hadisə yerinə dərhal təcili yardım və xilasetmə qüvvələri cəlb olunub. Xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri barədə hələlik ətraflı məlumat verilməyib.
|
Tarix
2026.11.30 / 00:15
|
Müəllif
Axar.az
|