Yuxarı

Paşinyan açıqladı: 2022-ci il sentyabr döyüşlərindən sonra...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan açıqladı: 2022-ci il sentyabr döyüşlərindən sonra...

Ermənistanın strateji mövqelənməsi dəyişməlidir və ölkə öz siyasətini yalnız Azərbaycanla münasibətlər üzərində qurmamalıdır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyanın efirində bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan 2022-ci ilin payızınadək xarici amillərdən asılı vəziyyətdə fəaliyyət göstərib və yeni sarsıntılardan yayınmağa çalışıb:

“Biz, nəhayət, ən azı 2022-ci il oktyabrın 6-dək bu siyasəti ətalətlə davam etdirirdik. Daim buzun altında idik və düşünürdük ki, kimlə danışaq ki, buz başımıza düşməsin. Heç ağlımıza da gəlmirdi ki, sadəcə həmin buzun sərhədlərindən kənara çıxmaq lazımdır”.

Ermənistan baş naziri qeyd edib ki, 2022-ci ilin sentyabr hadisələrindən (sərhəddəki döyüşləri nəzərdə tutur – red.) sonra ölkə rəhbərliyi təhlükəsizliyin təmin olunması üçün daim kimdənsə zəmanət gözləməyin düzgün olmadığını anlayıb.

Paşinyan ölkənin yeni strateji xəttinin müəyyənləşdirilməsində Azərbaycanın mövqeyinin, hərbi imkanlarının, regiondakı qüvvələr balansının və dost dövlətlərin dəstəyinin nəzərə alınmasının vacibliyini də vurğulayıb:

“Dünyada yalnız Azərbaycan olduğunu kim deyib? Mümkün təhdidlərin yalnız Azərbaycandan gəldiyini kim deyib? Başqa təhlükələrin olmadığını kim söyləyib?”

Baş nazir əlavə edib ki, Ermənistanın təhlükəsizliyinə yalnız bir qonşu ölkə ilə qarşıdurma prizmasından yanaşmaq olmaz. Onun fikrincə, müasir dünya çoxşaxəlidir və ölkə strategiyasını müxtəlif səviyyəli təhdidləri nəzərə alaraq qurmalıdır.

Tarix
2026.11.29 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla