Yuxarı

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Noyabrın 29-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Peru Respublikasının Xarici İşlər Nazirliyi arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Peru nümayəndə heyətinə isə həmin ölkənin Xarici İşlər Nazirliyinin Xaricdəki Peru İcmaları və Konsulluq İşləri üzrə Baş idarəsinin direktoru Pedro Bravo Karranza rəhbərlik edib.

Görüşdə hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları ilə yanaşı, Azərbaycanın Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmin nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nümayəndələri, o cümlədən ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin, Perudakı diplomatik ofisimizin əməkdaşları iştirak edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının gücləndirilməsi, xüsusən də qarşılıqlı səfərlər üçün ümumvətəndaş pasport sahiblərinə vizasız gediş-gəlişin təmin edilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, bu sahədə reallaşan layihələr barədə müzakirə aparılıb və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, ölkələr arasında daxili işlər, təhsil, əmək və digər əlaqəli sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tarix
2026.11.29 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla