Rusiya Kupyanska əlavə qüvvə göndərir
17:48
| Ana səhifə Planet |
|
Rusiya Ukrayna ordusunu sıxışdırıb çıxarmaq məqsədilə Kupyanskdakı qüvvələrinin sayını artırmağa çalışır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Birləşmiş Qüvvələri Qruplaşmasının spikeri Viktor Trequbov deyib.
“Hazırda Xarkov vilayətinin Kupyansk şəhərində 50-100 arası rus əsgəri var. İşğalçılar Ukrayna mövqelərinə hücum etmək üçün şəhərə əlavə qüvvələr cəlb etməyə cəhd göstərirlər”, - Trequbov bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları əsasən Kupyanskın şimal hissəsində, daha çox azmərtəbəli binaların olduğu ərazilərdə cəmləşib. Şəhər mərkəzində və çoxmərtəbəli yaşayış binaları arasında isə onların sayı xeyli azdır.
|
Tarix
2026.11.29 / 17:48
|
Müəllif
Axar.az
|