Yuxarı

Məşhur aktyorumuz küçələrdə yaşayır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur aktyorumuz küçələrdə yaşayır - Video

Bir zamanlar seriallardan tanıdığımız aktyor Şahin Nəsirov hazırda küçə həyatı yaşayır və yoxsulluq içindədir.

Axar.az xəbər verir ki, bu barədə aktrisa Rada Nəsibova məlumat yayıb.

O, sosial media hesabında video paylaşaraq bunları yazıb.

"Belə bir video qarşıma çıxdı... Çox məyus oldum. Bir zamanlar seriallardan tanıdığımız aktyor Şahin Nəsirovun bu gün yoxsulluq içində küçə həyatı yaşadığını görmək həqiqətən çox ağırdır.

Buradan media nümayəndələrinə səslənirəm: Xahiş edirəm, bu məsələni araşdırın, işıqlandırın, Şahin müəllimin harada olduğunu, hansı şəraitdə yaşadığını öyrənin. Bəlkə də bu paylaşım kimlərinsə köməyə çatmasına səbəb oldu.

Aktyor həmkarlarıma da müraciət edirəm. Kim bu məsələyə biganə qalmayıb dəstək olmaq istəyirsə, mənə yazsın. Gəlin, birlikdə kiçik də olsa, maddi yardım toplayaq və ona dəstək olaq.

Unutmayaq ki, damla-damla göl olar. “İmkanım yoxdur” deyib bu dərdin yanından keçməyək. Bəlkə də bizim kiçik hesab etdiyimiz bir kömək onun üçün böyük ümid olar.

Bu gün ona uzadacağımız əl sabah hər hansı birimizin ehtiyacı olan anda bizə uzadılan əl ola bilər. Gəlin, biganə qalmayaq!".

Qeyd edək ki, Şahin Nəsirov "Həyat sən nə qəribəsən", "Tək olanda qorxma", "Döngələr", "Ağanatiq", "Hörümçək toru", "Dəlixanadan məktublar" kimi film və seriallarda rol alıb.

Tarix
2026.11.29 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla