Yuxarı

Binanın tavanı çökdü, ailə faciədən son anda xilas oldu - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binanın tavanı çökdü, ailə faciədən son anda xilas oldu - Video

Bir anın içində evin tavanı çökdü, ailə isə canını qurtarmaq üçün küçəyə qaçdı.

Axar.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə saatlarında Xətai rayonunun NZS qəsəbəsində, təxminən bir əsrlik yaşı olan ikimərtəbəli qamış binada baş verib. Ev sahibi Murad Ağabəyov deyir ki, ailəsi ilə birlikdə evdə olarkən qəfil mətbəxin tavanı uçub. İki azyaşlı uşağı, həyat yoldaşı və bacısı dərhal binadan çıxıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Sakinlərin sözlərinə görə, bu binada təhlükə təkcə tavanın uçması ilə məhdudlaşmır. Fasadda yaranan çatlar və qopmalar da ciddi narahatlıq doğurur.

Binanın qamış konstruksiyalı olması isə riski daha da artırır. Xüsusilə açıqda qalan elektrik naqilləri mümkün qısaqapanma zamanı yanğın təhlükəsi yaradır. Sakinlər deyirlər ki, burada hər gün yaşamaq əlavə narahatlıq deməkdir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Tarix
2026.11.30 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: 2022-ci il sentyabr döyüşlərindən sonra...

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla